“BORÇALIMIZIN GƏLƏCƏYİ” – Eltun Mehdioğlu

“BORÇALIMIZIN GƏLƏCƏYİ”

Borçalı qədim dövrlərdən indiyədək öz sənətkarları, yazarları, ziyalıları və.s ilə dünya mədəniyyətinə və tarixinə öz töhvsini vermişdir.

Bu gün sizə tanıdacağım gənc dostumuz Borçalıda yaşayb gözəl şeirlər müəllifi olan və prespektiv vəd edən Eltun Mehdioğludur.

Babayev Eltun Mehdi oğlu (Eltun Mehdioğlu)- 1993 cü ildə Borcalı mahalında, indiki Marneuli rayonun Əzizkənd kəndində anadan olub. uşaq vaxtlarından saza sözə marağı olan Eltunun,18 yaşdan şeirləri mətbuatda dərc olunur. Eltunun özəlliklərinin ən önəmlisi öz üzərində daim işləməsi və fərqli mövzulara müraciət etməsidir.

Sizə Eltunun bir neçə şeirini elektrikləşdirməəqdim edirəm.

 

Bir qadın var…

 

Ömür yolu üzündəki qırışdı,

Sevincinin boyu yarım qarışdı,

Baxammadım, içim yandı alışdı,

Bir qadın var, hər gün baxır yollara.

 

Bir ömürlük gözlərinin nəmi var,

Ürəyində kədəri var, qəmi var,

Görən axı uzaqlarda kimi var?

Bir qadın var, hərgün baxır yollara.

 

Gələn yoxdu, axşam olur gün batır,

Bir arzuya, bir istəyə can atır,

Fikirlərlə, xəyallarla baş qatır,

Bir qadın var, hər gün baxır yollara.

 

Qızıdımı, oğludumu, “yar”ımı?

Elə bilki məndən alıb yarımı,

təsəllilər yarasını sarımır,

Bir qadın var, hər gün baxır yollara.

 

BURDA BİR ŞAİR VAR…

 

Mən şeir yazmazdım sən olmasaydın,

Yoxsa ki əllərim qələm tutmazdı.

Gəzməzdim, tək tənha buz küçələrdə,

Mənə sevgi adlı vərəm tutmazdı!

 

Biz ki görüşərdik ayda bir kərə,

Səni hər şeirdə edərdim təsvir,

Dəniz gözlərində sevgi varıydı

O mənə edərdi ən böyük təsir.

 

Mənim nə günahım, mənim nə suçum?

Min böhtan atdılar yalanladılar!

Mən qara qismətlə barışan gün də,

Səni özgəsinə nişanladılar!

 

Deyirlər toyundu, iki-üç aya,

Vaxtı məlum olub, məkan seçilib.

Bir zaman gözümdə dünya olan qız,

Elə ucuzlaşıb elə kiçilib…

 

…O gündən bağlayıb ürəyinə daş,

Gözləri kor olmuş qismətdən yazır.

Burda bir şair var, gözləri gülmür,

Burda bir şair var, həsrətdən yazır.

 

 

QOYMURLAR YATAM..QOYMURLAR

 

Şair tər tökər , misrada,

İnci, naxış, zər misrada,

Səni sevdim hər misrada

Arzuma çatam, qoymurlar.

 

Yaxın gəlməz ölüm daha,

Səsim çatmaz göydə şaha,

Dərdim var dünyadan baha,

Ucuza satam, qoymurlar.

 

Nə yaş qaldı qocalmağa?

Vaxt olmadı ucalmağa,

Şeytanlar, Namaz qılmağa,

Qoymurlar Atam, qoymurlar.

 

Bu nə vərdiş? bu nə peşə,

Nə dağ gördüm, nə də meşə,

Axşam evə, səhər işə,

Qoymurlar yatam, qoymurlar.

 

Əlləşirəm, dərdlə-qəmlə,

Min ağrıyla, min vərəm lə,

Eltun, kağızla-qələmlə,

Başımı qatam.. qoymurlar.

1,236 total views, 1 views today