ÜRƏYİMİN ƏZİZİ- Valeh Duyğun

Səni ilk görən günü,
Gözlərinə vuruldum.
Hardasan ay insafsız,
Gözləməkdən yoruldum.

Gəlişin nə gözəldi,
Gedişin olmasın, qal.
Getmə gözümdən bir an,
Ömürlük yanımda ol.

Baxışların bir aləm,
Gözlərin eşq dənizi.
Bilməm sən necə oldun,
Ürəyimin əzizi.

Bu həyatı sevməyə,
Ruhlandırdın Duyğun`u.
Gözəl davranışınla,
Oldun qəlbin uyğunu.

4,393 total views, 3 views today