SƏNİ SEVMƏK

Səni sevmək nəyə bənzəyir, bilirsənmi?
Cənnətə getmək üçün ölməli olmağa…
Və yaşayaraq  mümkün olmadığını
bilməli olmağa.
Səni sevmək nəyə bənzəyir, bilirsənmi?
Ağlamalı halımıza gülməli olmağa,
Və sevincdən axan kədər yaşını
Silməli olmağa…
Səni sevmək nəyə bənzəyir, bilirsənmi?
Doğularkən anası ölən uşağın doğum gününə.
Selin tərsi yönünə
Üzməyə çalışmağa və buna alışmağa.

 

36,779 total views, 39 views today