Zöhrab Məmmədov – “Günahkar Mühit” romanından

 

Biz kasıb bir mühitdə böyüyən uşaqlar idik oğul. Öz kasıblığımız  , yoxsulluğumuz ilə fəxr edən uşaqlar.  Ömrümüzün qayğısız illərində, problemin nə olduğunu anlamadığımız günlərdə dərd –  qəmdən uzaq  , öz kefimizdə  , öz uşaqlığımızı yaşayanlar.  Nə bizim gözümüz kimsəni görərdi , nə də kimsənin gözü  bizi görməzdi. İtib batmışdıq Sovetin dağıntıları arasından çıxıb həyatda yaşamaq üçün çırpınan mühitdəki insanların arasında. Köhnə , kasıb bir mühit olan “Yataqxana”da xəyallarımızla birgə özümüz də böyüyürdük. Bu yataqxana nə tələbə yataqxanası idi , nə də ki , fəhlə. Qarabağ müharibəsində qaçqın düşmüş ailələrin  , sıxıntılı günlər yaşamış insanların məskunlaşdığı  “Bina – yataqxana” idi. Yarı məcburi köçkünlər , yarı kasıb ailələrin məskunlaşdığı bu binada insanların psixologiyası da tamam fərqli idi.  Bu mühitdə öyrəndiyimiz , yaşadıqlarımız  , gördüklərimiz  gələcək həyatımızda olan insanları doğruya yönəltmək  , vaxtı gələndə tərbiyyə  edəcəyimiz  övladlarımıza düzgün istiqamət vermək  , onların cəmiyyətə yararlı insan olmaq üçün  bildiklərimizi aşılamaq idi.  Lakin unutduğumuz bir şey var idi. Biz özümüz !!  Biz doğru insanı tapmaq üçün  illərimizi  sərf  edəcəydik.  Bəs  biz  doğru  insanıqmı ?

Ağlayaraq doğulmuşduq. Bir halda ki , bu dünyaya öz istəyimizlə gəlməmişdik.  Heç bir doğulan körpə öz istəyi ilə gəlmir bu dünyaya.  Biz ağladıqca  bizlə birgə ağlayan valideynlərimiz, ancaq onların göz yaşları sevinc göz yaşları olur.  Valideyn məhəbbətindən dünyaya gəldiyimiz  üçün   ata – analarımız Ulu Tanrıya təşəkkür edir.  Artıq baxçaya getmək vaxtımızdır. Həmin gün bizim üçün ən çətin gün olur, illərlə bir dəqiqə belə ayrı qala bilmədiyimiz valideynlərimizdən ayrı düşürük. İlk ayrılığın nə olduğunu onda başa düşürük. Gözyaşlarımız belə valideynlərimizi kövrəltmir.  Amma ilk darıxmağımız oradan başlamır. İlk darıxmağımız  , darıxmaq hissinin nə demək olduğunu məktəbdən başlayır. İlk çətinlik həm də. Valideynlərimizin həyəcanla gözlədiyi an, ilk tanışlıq, ilk dostluq, ilk sınaq, ilk çətinlik. Yad insanlar, yad qaydalar, yad əmrlər.  Nə vaxtsa buranın bizim üçün doğma, ikinci evimiz olacağını hələ anlamırıq. Dərsin bitdiyini səbirsizliklə gözləyirik, çünki ev üçün, valideynlərimiz üçün darıxırıq.  Yarımız birinci növbə , yarımız ikinci növbə oxumağa başaldıq. Hər şeyin ikiyə bölündüyü ardıcıllığında mühitin belə ikiyə bölünəcəyi qaçılmaz idi. Məktəb illəri ömrümüzdən günləri vərəq – vərəq səhifələdikcə  o ağ vərəqlərə yazılan həyatımız təmiz  , ləkəsiz olsun deyə saf , təmiz uşaq obrazı yaradıb beynimizdə “savabın” , “günahın” nə olduğunu dərk edir  , böyüklərdən dinləyir , “yaxşı insan” olmaq üçün daim yaxşılarla bir arada olub onlardan nəsə öyrənmək  , ideallığa doğru addım atırdıq.  Artıq həyatı dərk edir  , verdiyimiz qərarlar tamam özümüzlə, öz istəyimizlə bağlı olurdu.  İllərdi hər kəsin “vasmoy” deyə tanıdığı  , hər cinayət işində hansısa küçəsində bir oğurluq  , bir adam öldürmə , yaxud başkəsmə görüntülərindən xəbərsiz ,  artıq böyüdükcə hər gödəkcəmi geyinib evdən çıxanda “Oğul  , ehtiyyatlı ol” sözlərini qulağıma sırğa  eləmişdim.

Ardı var  …

8,930 total views, 2 views today