“”Mırt” ölkəsinin, “Zırt” kanalının, “Pırt” müsabiqəsinin, “Tırt” qalibi” – HEKAYƏ

“”Mırt” ölkəsinin, “Zırt” kanalının, “Pırt” müsabiqəsinin, “Tırt” qalibi”

Mini var idi, biri yox idi, əvvəl zaman içində, qəlbir saman içində cəngəllikdəki “Mırt” ölkəsində “şairlər” o qədər çoxalmışdı ki, ölkəyə artıqlıq edirdi. Nə qədər İxrac etmək istəsələr də İdxal etmək istəyən ölkə tapılmırdı ki, tapılmırdı. Ölkədə şair əlindən tərpənmək olmurdu. İş o həddə çatmışdı ki, şairlər az qalırdı bir-birini yesin. Buna bir çarə tapmaq lazım idi.
Bir gün “Zırt” kanalı bu halı fürsətə çevirmək qərarına gəlir və düşünürlər ki, bir müsabiqə edək.
Uzun götür-qoydan sonra “Pırt” adlı müsabiqə keçirmək qərarına gəlirlər. Həm pul qazanacaqdılar, həm də iş görüb şöhrətlərinə şöhrət qatacaqdılar.
Müsabiqə elan olunanda münsiflər heyyətində Aslan, Fil, Qartal və Qurdun olacağı bildirilir.
Bunu düyan cəngəllik əhli şeir yazdı-yazmadı kanala axışıb qeydiyyatdan keçir ki, müsabiqədə iştirak eləsin.
Məqsəd müsabiqədə qalib olmaqdan çox o münsifləri yaxından görmək, onlarla bir şəkil çəkdimək, onlarla bir otağın abu-havasından udmaq idi.
Uzun sözün qısası, qeydiyyatlar tamamlandı. Hardasa ölkənin tamamına yaxını müsabiqədə iştirak üçün müraciət etmişdi.
Bu hal “Zırt” kanalını çox sevindirirdi. Çünki reytinq olacaq, reklamdan xeyli pul qazanacaqdılar.
Birinci tura gələnlər gördü ki, münsiflər masasında elan olunanlardan sadəcə Qurd var. Aslanın yerinə Tülkü, Filin yerinə Ayı, Qartalın yerinə isə Qarğa oturub.
Bir çoxları bu haldan xoşlanmayıb müsabiqəyə qatılmaqdan imtina eləsələr də bir çoxları qatılmaq qərarına gəlir.
Birinci turda hər şey ədalətli gedir, Qurd məsələləri obyektiv dəyərləndirir, digər münsifləri də yönləndirirdi ki, doğru qərar verilsin. Ta ki, müsabiqəyə nazlımı nazlı, ədalımı ədalı ceyran və dovşan qatılana kimi.
Ceyranın mələməsini Qurd şiddətli şəkildə tənqid eləsə də, ceyrana heyran olan Ayı və Türlkü lələ Qarğanı da yoldan çıxardaraq ceyranın birinci turdan keçməsinə şərait yaradırlar.
Ceyrandan sonra dovşan çıxış edir, ha atdanır, ha tullanır, yenə Qurda xoş gəlmir ki, gəlmir. Amma yenə Ayı ilə Tülkünün ağzının suyu axırdı. Qarğa da Tülküdən çəkinirdi deyə yenə üçü irləşib Qurda rəğmən dovşanı bəyəndiklərini deyərək üst tura çıcardılar.
Bundan hiddətlənən bəzi iştirakçılar sözlərini desələr də sayan olmurdu. Çoxu da Qurda hörmət edib susurdu.
Bir gün Qurdun işi çıxır və münsif kürsüsündə onu əvəzləyən Quzğun da Tülkü, Ayı və Qarğanın elədiyini təkrar edəndə üsyan çıxdı, Əjdahalar ortalığı dağıtdı və “Mırt” ölkəsinin “Zırt” kanalının “Pırt” müsabiqəsinin qalibi “Tırt” oldu.
Göydən 3 alma düşdü. Biri mənim, biri yenə mənim, biri də mənim.

3,809 total views, 11 views today

5 thoughts on ““”Mırt” ölkəsinin, “Zırt” kanalının, “Pırt” müsabiqəsinin, “Tırt” qalibi” – HEKAYƏ”

  1. I like what you guys are up also. Such smart work and reporting! Carry on the excellent works guys I¡¦ve incorporated you guys to my blogroll. I think it’ll improve the value of my website 🙂

  2. Hello, Neat post. There’s an issue together with your web site in internet explorer, may test this… IE nonetheless is the market leader and a huge component to other people will pass over your fantastic writing because of this problem.

  3. I have not checked in here for a while because I thought it was getting boring, but the last several posts are good quality so I guess I will add you back to my everyday bloglist. You deserve it my friend 🙂

  4. I loved as much as you’ll receive carried out right here. The sketch is tasteful, your authored subject matter stylish. nonetheless, you command get bought an nervousness over that you wish be delivering the following. unwell unquestionably come more formerly again as exactly the same nearly a lot often inside case you shield this increase.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.