Xaqandan Vəziroğluna həcv

Tutmuş gözünü şöhrət ilə şan, Vəziroğlu,
Elmin yox imiş, varsa da ad-san, Vəziroğlu.

Üçdən biri sən yazdığının bir şeyə dəyməz,
Şairliyi zənn etmisən asan, Vəziroğlu.

Yersiz danışıb, hərzə deməkdənsə, susaydın !
Etdinmi biyabır özünü, can , Vəziroğlu ?!

Tutduqda savadsızca mənim şe’rimə nöqsan,
Bildinmi buraxdın neçə nöqsan, Vəziroğlu ?!

Vallahi də, billahi də, bir beytimə çatmaz,
Yüz il yazasan yüz dənə dastan, Vəziroğlu.

İnsaf elə, sən şe’rdə mənlə bacaransan ?!
Bir diqqət elə nisbətə : Xaqan- vəzir oğlu !

2,291 total views, 7 views today

3 thoughts on “Xaqandan Vəziroğluna həcv”

  1. I do accept as true with all the ideas you’ve offered for your post. They’re really convincing and can certainly work. Still, the posts are too quick for novices. May just you please extend them a bit from next time? Thanks for the post.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.