İçimizə yıxılan roman – “GETMƏ…” Elmar Hüseynov

İçimizə yıxılan roman – “GETMƏ…”
Getmə! Sanki bu söz içimizdəki hayqırtıdır. Uzanan əllərimizin havada qalmasıdı. Ayrılığın başlanğıcı, sonun əvvəlidir. Bu söz “yarpağın budaqdan qopması, saralıb, solması, xəzələ dönüb, çürüyüb torpağa qovuşmasıdı”. Ən əziz adamımızı itirməklə barışmamaq, barışa bilməmək, səsimiz yetəcək qədər hayqırmaqdır – “G E T M Ə!!!”
Ətrafına yaxşıca bax, hər şey, hər kəs yerindəmi? Yoxsa gedənlər, gedib, geri dönə bilməyənlər var? İçindən gedənlərin arxasında ardınca buraxdığın bir cüt göz olar. Bir gün tapacağını zənn edib, hər yerdə, səndən gedənləri axtararsan! Tapıb, həyatın boyu, “Getmə!” deməyə çalışarsan! Ancaq buraxmaq istəməsən də içimizdən keçən qatarlar kimi, onlar səndən keçib gedərlər.
Araya ayrılıq toxumu səpiləndə, unutmusan ki, sən bu toxumlara su verib bəsləmisən! İndi bu toxumlar səninlə gedənlər arasında keçilməz, böyük bir sədd yaradıb. Sənsə “dünyanın qaranlıq bir küncündə, hisdən qaralmış bir kötüyün üzərində oturub, ayrılıqların sağlığına içirsən”. “Dünyanın bütün görüşlərindən daha səmimi olan ayrılıqların sağlığına!” O ayrılıqların ki, “bizi bir-birimizə bağlayır”. Və içdikcə ayrılıqların baiskarı olduğun üçün özündə günah axtararsan, heç ağlına gəlməz ki, “günah da bir yaradıcılıqdır, bütün günahların içində ani, həm də nəsə müqəddəs bir yaradıcılıq var”. Bu zaman, ətrafdakılar dəli olduğunu düşünər, amma hardan bilsinlər ki, “sən içindəki uşağı tam azad buraxan insansan”. Ətrafındakılar isə “dünyanın bir sözdən ibarət ən böyük nağılını – Ədaləti” unudublar… Sənsə onlara fikir vermədən “olmayan adamın, yazmadığı yazı kimi” oxuyursan: “Səni sevəni çox çürütmə, qoy torpağa da bir şey qalsın!”
Burda dayanıram. Mövzunu uzadıb çürütmək istəmirəm. Bayaraqdan sizə İlqar Rəsulun yeni çapdan çıxan “Getmə…” romanı haqqında danışmaq istəyirdim. Bəzən elə onun öz cümlələri ilə. Çünki hamımızın yaşadığımız “Getmə” itkisi ölüm itkisindən də betər olub həmişə. Bütün hüceyrələrimizdə, bədənimizdən bezən ruhumuzda hiss etmişik bu itkini. Nə dur deyə bilmişik, nə də dayandıra. Vağzaldan ayrılan qatarlar kimi, ayrılıb, içimizi yandırıblar, gedənlər! İçimizdə üsyan etmişik, bəzən qarğımışıq, söymüşük bu getmələri: “Səni lənətə gələsən, qayıt gəl, ölürəm, məhv oluram, Allah bəlanı versin!” –demişik yüz kərə! Amma heç kim, heç nə geri qayıtmır. Çünki, insan taleyinin ortasından bu dünyanın zaman adlı qatarı keçdikdə kimsəni geri qaytarmaq mümkün olmur.
Bu qatar əsərin qəhrəmanı Əsmərin də üstündən keçir. Əsəri oxudqca bəzən onun şıltaqlığına gülür, bəzən də ona qoşulub növbəti oyunu oynamaq istəyirsən. Lakin əsərin digər qəhrəmanı Həmid hər oyunda səni mat qoymağı bacarır. Əsmər kimi sarsıntı keçirir, başqalarından kömək istəməli olursan. Əsərboyu müəllif sözlərə o qədər sığal verir ki, sanki bütün cümlələr ruhunu oxşamaqla, səni daha böyük təhlükəyə atacaq deyə, qorxursan.
Əsərdə hadisələr çoxluğu ilə deyil, amansızlığı ilə insanı özünə cəlb edir. İnsanların yaşadığı evlərin sökülməsi, onların tarixini silməklə məşğul olduğu zaman, “hərəsi bir ayrılıq tablosuna çevrilir sonunda səninki olmayanla çəkdirdiyin şəkillər”. “Sən səhnəsində yoxsansa həyat tamaşa filan deyil” – dediyin zaman, bu tamaşanı izləyən bomjla rastlaşırsan. Və bəlli olur ki, “Hər zirvənin sonu uçurumdur. Dib zirvədən mükəmməl, zirvə dibdən möhtəşəm görünür. Bomjlar həyatın ən mükəmməl göründüyü yerdə yaşayırlar”. “Bomjlar həyatın dibinə düşənlərdir. Əslində həyatın ən hündür zirvəsi onun dibidir. Burda heç bir yazılı qayda-qanun işləmir. Həyatın zirvəsində olmayan azadlıq həyatın dibində var. Zirvəyə çıxmaqda, zirvədə oturmaqda həyəcan, qorxu var, zirvədən yıxılmaq qorxusu var. Amma dibdə bu hisslər yoxdur”.
Əsəri oxuduqca müəllifin müşahidələri səni valeh edir. Görürsən ki, “ana bətnindən dünyaya gələnlər də var, öz içinə yıxılanlar da”. Düşünəndə ki, “Sevdiyin ömürboyu pəncərənin altında olacaq, nə vaxt pəncərədən baxsan onu görəcəksən. Lap o orda olmasa da” – rahatlayırsan. Amma biləndə ki, o sənin içindədir, bu zaman öz içinə yıxılırsan. Və səni ordan heç kim xilas edə bilmir. Bomjun palçığa yıxıldığı kimi.
Əsəri oxuduqca gözlərin qarşısında eyni adamların oynadığı bir-birindən fərqli səhnələr canlanır. Maraqlı dialoqlar, müəllifin yazı üslubu səni özünə heyran qoyur.
Əsərin sonluğunda isə bir fikrə gəlirsən “Həyat ölümün elçi daşı, ölüm həyatın baş daşıdır”.
Əsərin məzmunu haqqında ətraflı yazmaq, hər xarakter haqqında ayrıca danışmaq istəmədim. Səbəb sadədir. Əgər yazdıqlarım Sizə maraqlıdırsa, İlqar Rəsulun yeni çapdan çıxan “Getmə…” romanını oxumaq istəyəcəksiniz.
Yazıma bir cümlə ilə yekun vurmaq istəyirəm. Bu roman son illər yazılan kitablar içərisində öz yazı dili, üslub xüsusiyyətləri, bədii təsvir və ifadə vasitələri ilə çox fərqli, çox zəngin bir əsərdir. Əsəri oxumağa başladığınız andan zaman adlı qatarın necə gəlib keçdiyini özünüz də bilməyəcəksiniz!

130 thoughts on “İçimizə yıxılan roman – “GETMƏ…” Elmar Hüseynov”

  1. Hmm is anyone else encountering problems with the images on this blog loading? I’m trying to find out if its a problem on my end or if it’s the blog. Any feed-back would be greatly appreciated.|

  2. hi!,I love your writing so much! share we keep up a correspondence more about your article
    on AOL? I need an expert in this house to unravel my problem.

    May be that’s you! Taking a look forward to look you.

  3. Its such as you read my mind! You appear to understand a lot approximately this,
    like you wrote the guide in it or something. I think
    that you simply could do with a few % to drive the message house a bit, but
    instead of that, that is magnificent blog. An excellent read.

    I will certainly be back.

  4. Thank you for every other informative site. Where else may
    I am getting that kind of info written in such an ideal means?
    I’ve a challenge that I am simply now operating on, and I’ve been at the look out for such info.

  5. I’m not sure where you are getting your info, but great topic.
    I needs to spend some time learning much more or understanding more.
    Thanks for fantastic info I was looking for this info for my mission.

  6. Good post however , I was wanting to know if you could write a litte more on this subject?
    I’d be very grateful if you could elaborate a little bit more.
    Appreciate it!

  7. We are a bunch of volunteers and starting a new scheme in our community.

    Your web site offered us with useful information to work on. You have performed
    a formidable activity and our whole neighborhood will probably be grateful to you.

  8. Fantastic beat ! I wish to apprentice even as you amend your web site, how could i subscribe for a blog web site?
    The account aided me a appropriate deal. I were a little bit familiar of this your broadcast offered shiny clear idea

  9. Hi there this is kind of of off topic but I was wanting to know if blogs
    use WYSIWYG editors or if you have to manually code with
    HTML. I’m starting a blog soon but have no coding knowledge so
    I wanted to get advice from someone with experience. Any help would be greatly appreciated!

  10. certainly like your website however you have to take a look at the spelling on quite a few
    of your posts. Several of them are rife with spelling problems and I find it very troublesome to inform the truth then again I will certainly
    come back again.

  11. I simply wanted to post a small word to be able to thank you for all of the lovely instructions you are posting at this website. My prolonged internet look up has at the end of the day been compensated with reliable knowledge to write about with my friends and classmates. I ‘d mention that most of us visitors actually are unquestionably endowed to dwell in a perfect community with so many lovely people with useful tips. I feel very much privileged to have used the website page and look forward to some more pleasurable minutes reading here. Thanks a lot once more for everything.

  12. Fantastic beat ! I wish to apprentice while you amend your website, how could i subscribe for a blog site? The account aided me a acceptable deal. I had been a little bit acquainted of this your broadcast provided bright clear idea

  13. Wow that was unusual. I just wrote an extremely long comment but after I clicked submit my
    comment didn’t appear. Grrrr… well I’m not writing all that over again. Regardless,
    just wanted to say wonderful blog!

  14. I think this is among the most vital information for me.
    And i’m glad reading your article. But want to remark on few
    general things, The website style is great, the articles is really excellent : D.

    Good job, cheers

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.