Şeirimizə gələn BAHAR

Arada bir görün mənə,
Qoy inanım varlığına.
Sonra oturub nə dərd var
Çəkim sənin sağlıgına..

Bir qucaq gileyəm sənə
Umum, küsüm, sitəmlərim.
Əllərimin adı sənsiz –
“Mənim bir cüt yetimlərim”
Bir məktub yaz, bir zəng elə
Bilim hələ sağsan… yatım.
Bu gecə də belə keçsin
Bu gecə də yoxsan! Yatım…

Səndən kimə danışdımsa
Qəhqəh çəkib güldülər eee…
Bilsə ki, necə sevirəm
Allah məni öldürər eee…
Bu dünyaya səhv gəlmişəm
Anam hardan atıb məni?
Sən mənə baş qoşma, “gözüm”
Yəqin içki tutub məni.

Yaşa kiminlə istəsən
Yaşa!!! Nəfəsin də bəsdi.
Bu ötəri, bu əbədi
“Bahar həvəsin” də bəsdi.
Daha sözüm yoxdu sənə
Deyib xətrinə dəymirəm.
Gəlmədiyin o yollara
Baxıb gözümü döymürəm.

Elə bildin nə vaxt gəlsən
Deyəcəm ki “gəl, keç, buyur!”
Adam darıxmaqdan ölmür
Adam gözləməkdən doyur.
Bu savaşın sonu yoxdu
Gəlib təslim olma mənə
Mən gedim anam gözləyir
Səni də O… get evinə!

Get soyuyubdu havalar
Get qızın ocaq ol Ona.
Mənə ovuc olmayanım,
Get sarıl, qucaq ol Ona.

…Arada bir görün mənə
Dağda qarımı təzələ!
Eşqə qıl aşina məni
Tarımarımı təzələ!

****************

Tüstün təpəmdən çıxacaq
Bir ovuc közün qalacaq.
Öləndə gözəl öləcəm
Arxamca gözün qalacaq…

Dizin- dizin sürünüb gəl!
Oda közə bürünüb gəl!
Get tanriya görunub gəl,
Bəlkə yaran sağalacaq..

İçim nalə ,çölüm ağı
Dərdin olmur solu sağı
Bu da bir tale sınağı
Gör qiymətin nə olacaq.

Dayan bir gör nə deyirəm
Dərdəm, həsrətəm, şeirəm.
Səni bir mən gözləyirəm-
Bir də köhne dayanacaq

Qurban gedib bir inada
Ögey olub dosta, yada
Lap yenidən doğulsa da
Böyüməyəcək bu uşaq..

Göl olmadıq dama dama
Məndən götür sənə yama
Gəlib yaramla oynama
Ürəyimdən vur ay alçaq

Səndə vətənin bir tayı
Məndən gedən yağı payı
Nəyim var səndən savayı
Həsrət cəkib darıxacaq?

Endir onu taxtdan ürək
Dağıdaq, yıxaq, devirək
Bəlkə biz də bir gün görək
Bəlkə bir ağ günə cıxaq.

*******************

Mən bir az qəribəm, bir az qəribə,
Əlim bu dünyanın işinə yatmır.
Mənim çəkdiyim ah, Füzuli demiş,
Bu yatmış bəxtimə çatır, oyatmır.

Məndən əl üzməyə əl yeri saxla
Bir gün getməyə də dodaq yeri qoy.
Bütün ürəyini vermə ha mənə,
Yarsın ver, yarsın da bir az geri qoy.

Mən yol qadınıyam, yolçu qadınam,
Səndən uzaqdadı yolum… incimə.
Mən ağac qadınam, budaq qadınam,
Köksüz sarmaşıqdı qolum… incimə.

Sən məni sevməyi sabaha saxla,
Sonra dərd çəkərsən, əzab tutarsan.
Sən mənlə sevişmə şeir yaz, adam,
Haramam, günaham… etmə, batarsan…

Bunun cəhənnəmi, bunun odu var,
Mən qır qazanıyam, günaham, şərəm.
Cənnətdən qovulmuş mələk də mənəm,
Mən bir az qəribəm, mən birtəhərəm.

Get! Uzaq dur məndən! Gəlmə yaxına,
Nə səndən küskünəm, nə də gileyli.
Ağlıma yüz dənə günahın gələr,
Mən bir az dəliyəm, bir az he-heyli.

Oğlum, get sevməyə başqa adam tap,
Harama yaraşır sevgi – bu yaşda?
Mən leysan qadınam, tufan qadınam,
Səni tərk edərəm qarda, yağışda.

Mən bir az qəribəm, bir az qəribə.
Məni unutmağa indidən basla!
Mən Tanri Qadınam, Tanrı, qadınam!
Səni öldürməmiş məni bağışla…

****************************

23,540 total views, 114 views today

4 thoughts on “Şeirimizə gələn BAHAR”

  1. I was recommended this web site by my cousin. I am not sure whether this post is written by him as nobody else know such detailed about my problem. You are incredible! Thanks!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.