MÜNSİFLƏRƏ ƏDƏBİYYAT DƏRSİ- Xaqan yenə od püskürdü –

Arb kanalında yayımlanan “Xalqın şairi” şe’r müsabiqəsinin ikinci turunda dediyim satirik bəhri-təvilin şe’riyyata aidiyyatı olmadığını iddia edən şe’riyyatdan bixəbər münsiflər yekdilliklə yox dedilər. Mənim dediyim bəhri-təvili və daha sonra səsləndirdiyim şe’rimi kəsib doğrayıb veriblər efirə. Eyni zamanda qeyd etdiyim kimi, şe’riyyatdan bixəbər münsiflərin “irad”larına tutduğum iradlar da efirə getmədi. Bunu da keçək. Səsləndirdiyim ikinci şe’rə tutduqları irad budur :
“Sən varsan, çəkmirəm heç nəyin qəmin” misrasında hecanın sonluğunu yazmamısan, əslində “qəmini” olmalıdır. Bu qrammatikaya da ziddir.

Çəkilişdə münsiflərə başa saldım, burda da qeyd etmək istəyirəm ki, burdakı “qəmin” sözü ismin tə’sirlik halındadı. İsmin yiyəlik və tə’sirlik hallarının müəyyənlik və qeyri-müəyyənlik bildirən fomaları olur və burada “qəm” sözün kökü, “i” mənsubiyyət şəkilçisi, “n” isə birləşdirici samitdir. “Qəmin” sözü isə tə’sirlik halın qeyri-müəyyən formasındadır və məhz buna görədir ki, sonda tə’sirlik hal şəkilçisi olan “i” saiti işlənməyib, “qəmini” yox, “qəmin” yazmışam. Bunlar orta məktəb şagirdlərinin belə bildiyi primitiv bir şeyi bilmədikləri halda mənim şe’rlərimə istehza edirlər.
İstər, klassik, istərsə də modern ədəbiyyatımızdan minlərlə nümunə gətirə bilərəm, lakin aşağıdakılarla kifayətlənməyi daha münasib görürəm :

1.
O tikan ki, tapdar onu hər naşı,
Bir sənəm* saçıdır, bir canan* qaşı.
Saray* qübbəsində olan hər kərpic,
Bir vəzir* barmağı, bir sultan* başı.

÷÷÷÷÷÷
Bu kuzə bir zaman eşqə tutulmuş,
Könlünü bir qadın* saçında bulmuş.
Boynunda gördüyün hər qulp bir əl ki,
Bir zaman bir yarın boynunda olmuş.

Mikayıl Müşfiq ( Ömər Xəyyamdan tərcümələr ).
2.
Yazıldı saatsaz* məzarı üstdə:
“Filan il doğuldu, filan il öldü”.
Mərhumun kimliyi bilinsin deyə,
Qəbrin* baş daşına saat hörüldü.

Vaxt yerin altında keçəridirsə,
Əbədiyyət olur yer* altında an.
Yerin üst qatında o, dövr edirsə,
Yerin alt qatında nüvədir zaman.

B. Vahabzadə, ” Baş daşında saat ”

3.
..Kim bilərdi ciyər* qan olduğunu,
Ala gözün* qırağına yaraşmış….

÷÷÷÷÷÷÷÷

Saçın* zəncirinə könül bağladım,
Məcnun kimi düşdüm dağa, Fatimə….

Molla Pənah Vaqif.

4.
Vəhdətin nuri üzün* məhtabıdır,
Leylətül-əsra saçın* tənnabıdır,
Kövsərin xəmri ləbin* qəndabıdır,
Məsti-eşq ol badənin ğərqabıdır.

÷÷÷÷÷÷÷

Ey xəttin məcmueyi xeyrül-kəlam,
Arizin* dövründədir mahi siyam,
Ey dodağın* kövsəri yöhyül-izam,
Kə’beyi həqdir cəmalın vəssalam.

Mirzə Cahanşah Həqiqi (1397-1467 ), “Rübailər”

5.
Göyçə mahalına bir salam yetir,
Söylə mən əvəzdən ərzi-hal, kağız,
Danışgınan, xeyli qəm yükün* götür,
Qohum-qardaş halın* xəbər al, kağız…

Növrəs İman ( Aşıq Ələsgərin qardaşı Məşhədi Salehin oğlu, 1903-1932).

6.
…. Bildi cəfalər ilə könül* şad olduğun,
Tərk eylədi cəfalərin* ol yari-bivəfa….

÷÷÷÷÷÷÷÷

….Dərman dedilər dərdi-nihanimə dəhanın*,
Yox yerdə sanıb dərdimə dərman, genə gəldim….

Seyyid Əzim Şirvani.

7.
Məni candan usandırdı, cəfadən yar usanmazmı ?!
Fələklər yandı ahimdən, muradım* şəm’i yanmazmı ?!…

÷÷÷÷÷÷÷÷÷÷
Qəmim* pünhan tutardım mən, dedilər, yarə qıl rövşən,
Desəm, o bivəfa, bilməm, inanarmı, inanmazmı ?!….

Məhəmməd Füzuli

8.
…..Könlüm üzün* qəmindən olub bənd zülfünə,
Pərvanə, sanki, şəm’i-şəbistanə bağlanıb…

÷÷÷÷÷÷÷÷

….Badə zövqün* nə bilir, kim ki, xiridarı deyil,
Qoymayın, lə’li girənmayə* düşə xam əlinə…

Əliağa Vahid

9.
Havada, səhrada olan bu torpaq,
Keyqubad*, Firudun* torpağıdır, bax !
Fələyin çanağı deyil bu dünya,
O bir qan* teştidir, qan* tası ancaq !

÷÷÷÷÷÷

Meyxanə* önündə xumar gözlərin,
Dün müjdə verirdi aşiqə min-min.
Zülfünə fərman ver, ağır zəncirdən
Xilas etsin canın* bu divanənin.

Məhsəti Gəncəvi, ” Rübailər”.

10.
….. Tanrı səni xoş cəmala yetirmiş,
Səni görən aşiq əqlin* itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyif ki, dəriblər az bənövşəni…

÷÷÷÷÷÷÷÷

…..Dərdim* söylə bilənlərə,
Dərd başına gələnlərə,
Hər üzünə gülənlərə
E’tibar eyləmək olmaz….

Qurbani 16-cı əsr.

11.
….Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan- tərə bata-bata,
Göy yaylaqlar* belinə qalx,
Kəpəz dağdan Göy gölə bax !

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan !
Bizim xallı xalçalardan
Sər çinarlar* kölgəsinə,
Alqış günəş* ölkəsinə !.

Səməd Vurğun ” Azərbaycan”.

Və sonda, elə bu məqalə vasitəsiylə bu ədəbiyyatdan, qrammatikadan bixəbər “münsif”lərə demək istəyirəm ki, arada kitab oxuyun. Elminiz olsa, özünüzü bu dərəcədə biabır eləməzsiniz.

2,939 total views, 14 views today

4 thoughts on “MÜNSİFLƏRƏ ƏDƏBİYYAT DƏRSİ- Xaqan yenə od püskürdü –”

  1. I was recommended this web site by my cousin. I’m not sure whether this post is written by him as no one else know such detailed about my difficulty. You’re incredible! Thanks!

  2. I like what you guys are up also. Such intelligent work and reporting! Keep up the superb works guys I¡¦ve incorporated you guys to my blogroll. I think it will improve the value of my web site 🙂

  3. I don’t even understand how I ended up here, however I assumed this post used to be great. I do not understand who you are however certainly you’re going to a famous blogger in the event you aren’t already 😉 Cheers!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.