Türk oğlundan Ulutürkə dil uzadanlara… ELTUN MEHDİOĞLU

Ünvanına şər atanlar
Qalacaqlar zəlil, babam.
İndi sənə dil uzadır,
Hər “qeyrətdən əlil”, babam.

Yaddaşlarda Türküm ulu,
Açılacaq hələ yolu,
Qəlblərdəsən, sevgi dolu,
Şeirim sübut-dəlil, babam.

Türksən Türk olub övladın,
Nadandır.. düşmanın yadın,
Tarixlərdə sənin adın,
Yaşayacaq Xəlil babam!

2,596 total views, 5 views today

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.