“ÖMÜR” çapa verildi

Eltun Mehdioğlunun “ÖMÜR” adlı ilk kitabı çapa hazırlanır.
Kitab şairin ilk kitabıdır.
Kitabda müəllifin sevilən şeirləri toplanıb və tezlilklə oxucuların ixtiyarına veriləcək.
Kitabın ÖN SÖZünü Rauf Qərib Alagöz yazıb.

İndi sizə həmin “ÖN SÖZ”ü təqdim edirik

Eltun müasir ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən və maraqla izlədiyim az sayda şairərdən biridir, hətta birincilərdəndir. Onun daxili dünyası, düşüncə tərzi insanı düşünməyə vadar edir.
Qədim Türk diyarı, Azərbaycan yurdu Borçalımızın Türk oğlu Eltunun şeirlərində öz kəndindən tutmuş, Borçalıya, Azərbaycana, ümumi Türk dünyasına olan sevgi açıqca görünür.

Tarixdə ad qoyub “Boz Qurd”lar yurdu,
Hər zaman düşmanı gözündən vurdu,
Zəfərlər qazandı yenilməz ordu,
Çətin önünüzdə əyiləm, sınam!
Məni tanımırsan?
Borçalıdanam!

Eltunun öz doğuldu kəndə, elə, obaya bağlılığı isə onun saf hislərinin şeirlərində hiss edilməsində ən böyük səbəbdir. Vətən sevgisi ilə yanaşı öz doğmalarına və bütün insanlığıa olan saf duyğuları Eltunu fərqləndirən xüsusiyyətlərdən biridir.
Mən Eltunun şeirlərini ozuyanda ta Dədəm Qorquddan tutmuş Zəlimxana qədər, hətta min il də bundan sonraya qədər səyahət edə bilirəm. Mayadan bəhrələnərək fərqliliklər yaratmaq Eltunu fərqləndirməklə yanaşı, həm də doğmalaşdırır.

Dünyada heçkəsi ucada tutma,
Tək qadir Allahdı başın üstündə.
Birinin qəlbini qırmağa nə var?
Qurunun üstündə.. yaşın üstündə.

Eltunun şeirindəki fəlsəf ə ilə yanaşı axıcılığın səbəbi də elə yuxarıda sadaladıqlarımdır. Vətən, Yurd, İnsanlığa və Allaha sevgi ilə çulğayan ürəkdən gələn şeir dağların qoydundakı saf bulaqlardan süzülən dağ suyu qədər ləzzətli gəlir, oxuduqca insanın bütün bədəninə zövq bəxş edir, ruhunu oxayır.
Bunların hamısından daha önəmli zəhmətkeş şairdi Eltun. İnsanlara ev tikərək, yuva yaradaraq müqəddəs bir işlə məşğul olmaqla yanaşı öz sözü ilə də neçə dərdliyə, sevincliyə saraylar, taxtlar tikməyi bacarıb.
Eltun haqqında çox danışmaq olar. Hətta o qədər çox danışmaq olar ki, kitab belə həsr etmək olar. Sadəcə olaraq oxuyanları bezdirməmək üçün sözümü qısa kəsib oxuculara Eltunun şeirlərini oxumağı təklif edirəm.
Hərə özünü, öz dünyasını tapacaq, öz evgisini, öz sevincini, öz acısını tapacaq Eltunun şeirlərində.
Sonda onu qeyd edim ki, Eltunun şeirlərini oxuyanda Borçalı ləhçəsi ilə oxumağa çalışın. Onda alacağınız zövqə görə mənə təşəkkür edəcəksiniz.
İnanıram ki, bu Eltunun ilk kitabı olmaqla yanaşı, gələcəyin böyük şairinin ilk addımı kimi tarixdə öz layiqli yerini tapacaq.

Şair tər tökər , misrada,
İnci, naxış, zər misrada,
Səni sevdim hər misrada
Arzuma çatam, qoymurlar.

Yaxın gəlməz ölüm daha,
Səsim çatmaz göydə şaha,
Dərdim var dünyadan baha,
Ucuza satam, qoymurlar.

Nə yaş qaldı qocalmağa?
Vaxt olmadı ucalmağa,
Şeytanlar, Namaz qılmağa,
Qoymurlar Atam, qoymurlar.

Bu nə vərdiş? bu nə peşə,
Nə dağ gördüm, nə də meşə,
Axşam evə, səhər işə,
Qoymurlar yatam, qoymurlar.

Əlləşirəm, dərdlə-qəmlə,
Min ağrıyla, min vərəm lə,
Eltun, kağızla-qələmlə,
Başımı qatam.. qoymurlar.

Eltunun ən sevdiyim şeirlərindən biri bu şeirdir. “qoymollar, atam, qoymollar”. Eltunun gözəl şeirləri də məni qoymurlar onları oxumadan durum.

Rauf Qərib Alagöz

4,777 total views, 17 views today

3 thoughts on ““ÖMÜR” çapa verildi”

  1. I am also commenting to make you be aware of what a notable experience our princess gained browsing your web page. She realized lots of pieces, not to mention what it is like to have an excellent helping mood to have the mediocre ones with ease understand various problematic subject matter. You actually exceeded our own desires. Thank you for distributing the invaluable, dependable, informative and in addition easy guidance on this topic to Ethel.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.