XOCALI – Rauf Qərib Alagöz

AY BƏLALI XOCALI

Ürəyimə bir dərdsən.
Ay bəlalı XOCALI.
Bu dərdini cəkənin,
Yoxdur halı, XOCALI.
Ay bəlali XOCALI.

Qəlbim yanır od kimi,
Göz yaşlarım cod kimi.
Baxma mənə yad kimi,
Dərd-bəlalı, XOCALI.
Ay bəlalı XOCALI.

Mənim qəlbim dağlıdır,
əlim-qolum bağlıdır.
Ruhum salsa haqlıdır
Qalmaqalı, XOCALI.
Ay bəlalı XOCALI.

Kəsilibdir hər yolun,
Bağlanıb sağın, solun.
Acizdir Qərib oğlun
Yox əhvalı, XOCALI.
Ay bəlalı XOCALI.

2011
“QƏRİB DÜNYAM” adlı şeirlər kitabımdan…

39,897 total views, 1 views today