Eltunun “OMÜR”ü təqdim olundu

Marrneulidə Borçalının gələcək vəd edən gənc və istedadlı şairi Eltun Mehdioğlunun “ÖMÜR” adlı ilk kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev gənc şairi ilk kitabının nəşr olunması münasibətilə təbrik edərək, bütün gənclərə yaradıcılıq sahəsində uğurlar arzulayıb və həmişə onlara dəstək olacağını bildirib.

Marneuli rayon bələdiyyəsinin sədri Amiran Giorqadze də çıxışında Eltun Mehdioğlunu ilk şeirlər kitabının nəşri ilə bağlı ürək sözlərini bildirib və uğurlar diləyib.

Tədbirdə çıxış edən Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə çətin və şərəfli poeziya yolunda gənc şairə uğurlar arzulayıb və ümid etdiyini bildirib ki, Eltun Mehdioğlu gələcəkdə də yeni kitabları ilə oxucuların görüşünə gələcək.

Eltun Mehdioğlu əslən Marneulinin Əzizkənd kəndindəndir. Tədbirdə həmin kənddə fəaliyyət göstərən məktəbin müəllimi Fərman İbrahimov şagirdinin gözəl məzmunlu şeirlər müəllifi kimi ictimaiyyət arasında sevildiyini bildirib.

Sonda aşıqlardan Gülayət, Novruz, Şahid saz havaları ilə gənc şairin şeirlərinə bəstələnən mahnıları ifa ediblər.

Təqdimat mərasimində çıxış edən “Ömür” kitabının müəllifi Eltun Mehdioğlu kitabın ərsəyə gəlməsində və nəşr olunmasında zəhməti keçən insanlara, xüsusən parlament deputatı Ruslan Hacıyevə dərin təşəkkürünü bildirib. Sonra o, özünün imzası ilə kitablarını oxuculara hədiyyə edib.

İnşallah müəllifin Bakıda da təqdimatını gözləyirik

42,937 total views, 130 views today

One thought on “Eltunun “OMÜR”ü təqdim olundu”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.