Gənc şair Xoşqədəmə şeir yazdı…

Guya getdin Rusiyadan adam tapdın,
Sonra gəlib Türkiyədə oyun yapdın,
Hər gün yenə cızdan çıxdın, yoldan sapdın,
Baxıb sənə söyür dədəm!
Ay Xoşqədəm!

İndi sənin baxanların dəstələnib,
İnanıblar, inamları üstələnib,
Sənə baxan sağlamlığa qəsd elənib,
“Məndə dəməm, dədəm də dəm!”
Ay Xoşqədəm!

Girmədiyin, çıxmadığın yuva yoxdu,
İnandırma, bir dərdə ki dəva yoxdu,
Bir məsəl var, “öyrəşmişə tova yoxdu.”
Canımıza salma vərəm!
Ay Xoşqədəm!

Mehdioğlu tərif edər, deyər qoçağ,
Otur evdə, yemək bişir, saxla uşağ,
Qoyuna bax, inəkləri növbəylə sağ,
Becər soğan, becər kələm!
Ay Xoşqədəm!

284,619 total views, 52 views today

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.