XOŞ QƏDƏM
Hər bir həftə olardın,
Evimizə xoş qədəm.
Nə biləydik olacan,
Sən axırda boş qədəm.
Güvənirdik sözünə,
inanırdıq özünə.
Güllə dəysin gözünə,
Boş başına daş qədəm
Dolan bizdən aralı,
Yalan dolu, qaralı.
Artistliyin kralı,
Millət qalıb çaş qədəm.
Guya pisdən iraqdın,
Gözümüzə çıraqdın.
Axırda da buraxdın,
Özün boyda quş qədəm.
Di get oyna o yanda,
Ölməliydin o anda.
Yalan axırsa qanda,
kış-kış qədəm, hoşt qədəm.
185,473 total views, 1 views today