Rəşad İlhamoğlu Alızadə – AYRILDIQ

-Rəşad, mən ailə qururam.
+Xoşbəxt ol!
-Bilirsən də, sən də evlənməlisən.
+İstəmirəm…
– Axı niyə?! Sənin kimi möhtəşəm bir insan tək qalmamalıdı.
+Çünki eqoist deyiləm. Ən yaxşı mənəm və mən özümü bir qadınla məhdudlaşdırsam, bütün qadınlara haqsızlıq olar. (güldüm).
-Rəşad, istəyirəm övladın olsun. Sənin kimi insan çoxalmalıdır.
+Mən bu qədər eqoistəm ki, uşaq evlərində bu qədər uşaq qayğıya və sevgiyə həsrət olduğu halda mən özüm yeni bir uşağın gəlişinə vəsilə olum və əlimdən gələn ən yaxşı hər şeyi öz uşağımdır deyə ona verim?!
-Rəşad sən əvəzolunmazsan. Sənin yanında güvəndəyəm, çox rahatam. Heç kimlə belə rahat ola bilmirəm, -dedi və boynuma sarıldı..
Çiynimdə kirpiklərinin çırpındığını hiss etdim. Sevgidən və tərəddütdən yaranmış gözyaşları köynəyimin boynuna və boynumun bir hissəsinə leysan kimi yağırdı..
Dözə bilmədim, mən də kövrəldim, gözlərim doldu. O mənim böyüklüyümü hiss etmişdi, mən isə onu itirdiyimi. İki aydan biraz artıq bir münasibətə iki ömür sığışdırmışdıq.
-Rəşad biz nə qədər ayrılırdıq, amma 1 saatdan sonra dözmürdük, bilirsən, bu həmişəki ayrılıqlardan deyil?
+Sevgilim, əslində biz nə qədər ayrıla bilməmişik, ayrılmışıq yox.
Güldü… Ağladır, eyni zamanda da güldürür.
-Sən nəsən belə Rəşad?
+Dəlinin biri, -dedim.
-Rəşad, necə bir qadın olsa yenidən sevərsən?
Sakit qaldım…

Qadın kimi qadın olsun.
Göylər kimi..
Necə ki mənim qollarım göylər qədər genişdir.
Və sən mənim qollarımın arasında rahatsan.
Torpaq kimi qadın olsun.
Mən öləndə məni qoynunda saxlasın.
Günəş kimi bir qadın olsun.
İstisindən sıxılsam da, işığı olmasa zülmətlərə qərq olum.
Su kimi bi qadın olsun.
Mənim kimi.
Mən su kimiyəm.
Dadım yox, qoxum yox, amma, amma vacib..
Anam kimi bir qadın olsun.
Sancımı çəksə də, incitsəm də dözsün mənə.
Ölüm kimi bir qadın istəyirəm.
Ağlatsın məni..
Yox oluşum olsun..
Sonum o olsun.

Dodaqlarımdan elə öpdü ki, bir ömür o hiss ona bəs edər.
O öpüşlə hamilə qalmaq belə olar.
Çox uzatmayacam – ayrıldıq.

2,354 total views, 5 views today