OYANIN, ƏFƏNDİLƏR – Fərid Muradzadə

Tarix səhnəsində öz döyüşkənliyi, mərdliyi, cəsurluğu ilə tanınan,hərb tarixinə özünəməxsus bir damğa vuran türklər əsrlərdir ki geriliyə-geriliyə ,,irəliləyirlər”. Səbəb???…….
Suallar, nöqtələr,nidalarla dolu anlaşılmaz bir düyün….
Türklər toplum olaraq nəyəsə bağlananda könüldən, qəlbdən bağlanırlar. Görünür dünyanı yönəldən,, başlar” da türklərin bu könül sevdalarının ən zəif nöqtələrindən olduğunu tam mənasıyla dərk ediblər. Və buna görə də rahatca türkün,,şah damarına eniblər ,iblisin insanın şah damarına endiyi kimi”.
Qədim türklər digər xalqlardan fərqli olaraq bir tanrıya-Gök Tenqriyə inanırdılar . Dünyanın ən sivil xalqları kimi bizlərə təbliğ edilən qədim misirlilər,yunanlar, romalılar, şumerlər, akkadlar və s (bu siyahını kifayət qədər uzatmaq olar) kimi xalqların neçə-neçə ,,allahları” vardı.
Və hətta bu gün ən mükəmməl din olan İslam dininin ilkin olaraq qövm kimi gəldiyi ərəblərin belə 300 ,,allah-bütləri” vardı.
Türklərin isə yalnız Gök Tenqrisi vardı. Duada türk yalnızca gökdən diləyərdi.
İslam 7-ci əsrdə bərqərar oldu. Bu din bəşəri dindir. ( etiraf edim ki mən milli mənsubiyyətin deyil də dini mənsubiyyətin olduğu cəmiyyəti tam mənası ilə dərk edə bilmirəm….).
Əlhamdulillah ki müsəlmanam.Indi durub bəzi ərəbqafalılar mənə irad tutmasınlar deyə müsəlman olduğumu vurğuladım.
Ərəblər mahiyyət etibarı ilə cahil millətdirlər .Doğrudur bu peyğəmbər s.ə.v, onun mübarək Əhli-Beyti və saleh səhabələrə aid deyil. Söhbət 14 əsr əvvəlki və indiki cahillərdən gedir.
21-ci əsrdə yaşayıb 7-ci əsrdəki qaydalardan danışan müasir cahillər də siyahıdan geridə deyillər.
Əslində mövzum heç də bu deyil.
Türklər deyirdim….. qədim türklər…Və müasir türklər.
Hə bir də dünyanı yönəldən,,başlar”.
O başlar ki türkün islama qəlbən bağlandıqdan sonra ərəb kimi düşündüyünü gördü. Bu onların işini xeyli rahatlaşdırdı.Çünki cəsur bir toplumla mübarizə aparmaq iqtidarında deyildilər. Amma bu onlara ,,göydəndüşmə bir fürsət oldu”.
Türklər dinə gündən-günə bağlanaraq öz türk düşüncəsiylə din ardınca getməyərək ərəb zehniyyətinə düçar olaraq deqredasiya mərhələsinə qədəm qoydular və get-gedə türkçü ruhdan uzaqlaşmağa başladılar.
Dünyaya,,ədalət,sülh ” vəd edən güclər isə bu uzun zaman məsafəsindən məharətlə istifadə edərək Amerikada yerli əhalini qırıb tarix səhnəsindən sildilər,sərvətlərini ələ keçirdilər. Hindistanı və Afrikanı sümürtkən kimi sümürə-sümürə davam edirlər.
Hər zaman hər yerdə barış deyib döyüş başladılar. İnsanların heysiyyatını, dinini, mənəviyyatını, abırını əllərindən aldılar.
Deqredasiya prosesinə məruz qalan türklər o qədər ərəbsevdalı oldular ki Şərif Hüseynin timsalında bıçağı ürəyinə sapına qədər saplayıb ,yarısını oyan ərəbləri yenə də sevərək qaldılar. Və hər şeyi yəni ərəblərin Osmanlıya qarşı xəyanətini
Lavrenslə (T.E.Lawrence) bağladılar. Sanki Lavrens olmasa bu xəyanət olmayacaqmış…
Bunun Lavrenslə(Lawrence) nə əlaqəsi var axı????!!!
Ərəblər o zaman artıq Osmanlıya xəyanəti planlaşdırmışdılar. Lavrens isə ,,barıt çəlləyinə sadəcə bir qığılcım ” oldu .
Ən dəhşətlisi budur ki hələ də,, Osmanlı torunlarıyız ” deyən müasir türklər də ərəb sevdasından əl çəkmirlər.
Məni anlamağa çalışın ey türk qardaşlarım!!!!!
Oyanın, əfəndilər!!!!

Görüşərik

Bir qopuz çal, dəli ozan,
Yoldaş olmaz yolda duran,
Qismət yazıbsa yaradan,
Tanrı dağda görüşərik!

Unut qəmi ,unut ahı,
Cəsarət türkün silahı,
Bütün türkün, səcdəgahı,
Tanrı dağda görüşərik!

Dağ başında tonqal yaxan,
Polad bilək Qara çoban,
Alp Ər Tonga, Bumın xaqan,
Tanrı dağda görüşərik!

Könlümün dilə gəldiyi,
Ruhumun məskən bildiyi,
Göklə yerin ,,birləşdiyi”
Tanrı dağda görüşərik!

Altay qəribsəyib,,heyy” dən
Gah quzeydən, gah güneydən,
Üzüb keçək Yeniseydən,
Tanrı dağda görüşərik!

Gələcəyik bütün ellə,
Dağda gürşad, düzdə sellə,
Yağan yağış, əsən yellə,
Tanrı dağda görüşərik!

18.10.2018

Asın məni

Ey cahil yığını, ey anlamazlar!
Asın məni! ,
Fədailərin asıldığı
Dar ağacından.
Asın məni !
Yelkənsiz gəminin
dor ağacından .
Asın məni!
Küləklərin hiddətlə çırpdığı,
Qarı üstünə sovurduğu,
Pəncərəsiz cərçivədən
Asın məni!
Mənsurun ,,ənəlhəqq”
Söylədiyi dilindən,
Nəsiminin şeirindən.
Asın məni!
Ay işığından
Ayağımdan başı aşağı.
Asın məni!
Sübhün müjdəçisi
Dan ulduzundan.
Asın məni !
Amma,əvvəlcə çıxarım
ruhumu qəfəsdən
Qurtulum məhbəsdən,
Azad olum nəfsdən.
Asın məni!
Bir gözəlin zülfündən,
Minbərin təpəsindən
Eşqin qibləsindən!!!
Asın məni!!!

Fərid Muradzadə

724 total views, 2 views today