ZEYTUN MÖCÜZƏLƏRİ və ZEYTUN YAĞI HAZIRLANMA QAYDASI

Sizin üçün təbii möcüzə olan ZEYTUNu araşdırdım.

Təbiətin və Yaradanın insanlara bəxş etdiyi ən möcüzəli nemətlərin başında gələn Zeytunun faydalarını saymaqla bitməz. Mən sizə 7 ən önəmli faydasını yazıram.
1. Ürək xəstəlikləri riskini azaldır.
2. Diabetə tutulma riskini azaldır.
3. Depresiya riskini azaldır.
4. Xərçəng riskini azaldır.
5. Unutqanlığı minimuma endirir.
6. Yaşlanmağı gecikdirir.
7. Daxili orqanizmə çox faydalıdır

Bu, zeytunun faydalarından sadəcə çox az hissəsidir. Ayrıca zeytun yağından hazırlanan məlhəmlərlə dəri-zöhrəvi, oynaq, bel, kosmetoloji və s. çox sayda xəstəlik və ağrıları müalicə etmək olar. Üzə və dəriyə maska edərək qırışları 70-80%ə qədər də yox etmək olar.

P.S. çalışın hərəniz öz həyətinizdə və ya baxçanızda (hətta balkonunuzda) öz zeytununuzu özünüz yetişdirib lazımi yağları və s. özünüz təbii yolla əldə edin. Çünki faydalı olsun deyə alacağınız zeytun və ya zeytun məmulatlarının saxta olma və zərərli olma ehtimalı var.

EVDƏ ZEYTUN YAĞI HAZIRLAMAQ bir az vaxt alsa da çox asandır.
1. Tumları çıxardılan zeytunları blender və ya hər hansı bir əzmə maşınında əzirik.
2. Evdə özünüzün düzəldəcəyiniz və ya alacağınız sıxma(pres) cihazına qoyub sıxırıq və zeytunun qara suyu ilə bərabər yağı çıxır.
3. Həmin su və yağ qarışımı mayeni şüşə bir qaba qoyuruq və 1-2 gün gözləyirik.
4. bir neçə gün sonra həmin şüşə qabda(bankada) mayenin qara suyu aşağı, yağı üstə yığılacaq.
5. Həmin yağı qara suya qədər şipris və ya bənzəri alətlər vasitəsi ilə çəkib başqa bir şüşə qaba boşaldırıq və təmizlənməmiş təbii yağ alırıq.
6. Əgər təmizləmək istəsəniz bir qıfın ucuna pambıq keçirərək yağı yavaş yavaş süzərək təmiz və olduqca təbii-faydalı yağ əldə edə bilərsiniz

Qeyd: Zeytunun toplanmamışdan qabaq soyuq və yağış görməsi yağın daha çox və kefiyyətli çıxmasına gətirib çıxarar.

5,169 total views, 17 views today