“Şəhadət sarayı”

27 yanvar 2019-cu ildə Lənkəran şəhəri H.Əliyev mərkəzində gənc və istedadlı şair Sevil Gül Nurun Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid vətən oğullarının həyat və döyüş yolu haqqında və müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər toplusundan ibarət “Şəhadət sarayı” adlı kitabının təqdimat mərasimi keçirildi.Şəhid ailələri ilə görüş xarakteri daşıyan tədbirdə poeziyamızın gənc nümayəndələri,şəhid ailələri və Lənkəran ağsaqqalları öz çıxışları ilə müəllifə xeyir dualarını verdilər .Tədbirin sonunda qonaqlara müəllifin imzalı kitabı hədiyyə edildi.Xanım şairimizə yaradıcılıq uğurları arzu edirik

10,101 total views, 15 views today